11-15 iyun tarixlərində Azərbaycan Fransada keçiriləcək "EUROSATORY-2018” sərgisində 268 adda məmulat nümayiş etdirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
“Müdafiə Sənayesi Nazirliyi cari ilin iyununda Fransada keçiriləcək beynəlxalaq müdafiə və təhlükəsizlik sərgisində "EUROSATORY-2018” ilk dəfə iştirak edəcək”, - məlumatda deyilir.
Bu sərgidə 268 adda məmulat nümayiş etdiriləcək. “O cümlədən, bir neçə adda yeni növ müdafiə təyinatlı məmulatın nümayişi nəzərdə tutulur”, - nazirlikdən qeyd olunub. **
A.Əzizov