Rəsmi Bakı ümid edir ki, KXDRlideri Kim Çen İn vəKoreyaRespublikasının prezidenti Mun Çje İnin görüşü Koreya yarımadasında sabitliyin bərqərar olmasına şərait yaradacaq. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
“Biz Cənubi Koreya və KXDR arasında yüksək səviyyəli görüşü alqışlayırıq və ümid edirik ki, bu məsləhətləşmələr Koreya yarımadasında sülhün, təhlükəsilzik və sabitliyin möhkəmlənməsinə imkan yaradır”, - H.Hacıyev özünün Twitter səhifəsində yazıb. **
F.İsazadə