2018-ci ilin I rübündə 20 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $210,16 mln. təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
"2018-ci ilin yanvar-mart aylarının yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($47,7 mln.), özəl şirkətlər arasında isə “Azerbaijan International Mining Company” ($26,4 mln.) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub", - məlumatda bildirilir.
Dövlət şirkətləri arasında qeyri-neft məhsullarının ən iri ixracatçıları sırasına "Azərenerji" ($33,7 mln.) “Det-al Aluminum” ($26,5 mln.), "AzerGold" QSC ($6,7 mln.), və “Azərbaycan Hava Yolları” QSC ($4,5 mln.), “SOCAR Methanol” ($2,1 mln.) daxildir.
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk beşlikdə "MTK Istehsalat Kommersiya" MMC ($10,7 mln.), «Aqrodoctor» MMC ($9,3 mln.), Baku Steel Company ($8,8 mln.), «Metalcilar-2» MMC ($6,2), «RAM Beynəlxalq Nəgliyyat və Ticarət LTD» ($5,6 млн), «CTS-Agro» ($5,1 mln.) MMC təmsil olunur.
Xəbər verildiyi kimi, Azərbaycan bu ilin yanvar-mart aylarında $356,4 mln. məbləğində qeyri-neft məhsulu ixrac edib. **
N.Abbasova