Sahibkarlığa Kömək Milli Fondu cümə günü Gəncə-Qazax iqtisadi zonasında 35 sahibkara 7,3 mln. manat məbləğində güzəştli kredit ayırıb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilir.
Kreditlər aqroparkların yaradılması, üzümçülük, heyvandarlıq, bağçılığın inkişafı, un, tikinti materialları istehsalı üzrə müəssisələrin yaradılmasına yönəldiləcək.
Bu layihələrin reallaşdırılması 200-dən artıq yeni iş yerinin yaradılmasına imkan verir.
Ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi zonasında sahibkarlara 6,7 min investisiya layihəsinin reallaşdırılmasına SKMF xətti ilə 257,1 mln. manat məbləğində güzəştli kredit ayrılıb.**
A.Əzizov