“Azərkosmos” ASC 2018-ci ilin yanvar-mart aylarında iki peykin ixracından $3,4 mln. gəlir əldə edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Xidmətlər “Azerspace-1” və “Azersky” tərəfindən göstərilib.
Xəbər verildiyi kiimi, “Azərkosmos” ASC 2017-ci ildə iki peykin ixracından $23 mln. gəlir əldə edib. Ötən il peyk telekommunikasiya xidmətlərininin (Azerspace-1) ixracından 14 mln. ABŞ dolları, optik peyk xidmətlərinin (Azersky) ixracından isə 9 mln. ABŞ dolları gəlir əldə edilib.
“Azərkosmos”un resurslarından istifadə edən əsas ölkələr bunlardır: Fransa, BƏƏ, Gürcüstan, Almaniya, Çin, Rusiya, Yunanıstan, Cənubi Afrika Respublikası, Kipr, Polşa, Gırğızıstan, Ukrayna, Böyük Britaniya. Ümumilikdə 20-yə yaxın ölkə ASC-nin xidmətlərindən faydalanır.**
B.Rüstəmbəyov