“SDL Nobel” BP şirkətinin Azərbaycanda qurğuları üçün metal konstruksiyaların istehsalı və quraşdırılmasının podratçısı oldu. Bu barədə “Nobel Oil” şirkətindən məlumat verilib.
“SDL Nobel” BP şirkəti ilə yeni 3-illik müqavilə imzalayıb. Bu müqavilə çərçivəsində SDL Nobel, BP şirkətinin Azərbaycanda quruda və dənizdə yerləşən qurğuları üçün metal konstruksiyaların istehsalı və quraşdırma xidmətlərini göstərəcək”, - məlumatda deyilir.
Bununla belə, məlumatda BP-nin hansı qurğularından söhbət getdiyi dəqiqləşdirilmir.
“2004-cü ildən etibarən SDL Denholm Limited şirkətinin BP şirkəti ilə oxşar müqaviləsi olub. Biz əminik ki, “SDL Nobel” əvvəlki nümunəyə uyğun olaraq mövcud fəaliyyətlərin və iş həcmlərinin uğurla həyata keçirilməsini davam etdirəcək”, - “SDL Nobel” şirkətinin baş direktoru Piter Uoddel qeyd edib.
“SDL Nobel” neft-qaz sənayesində quruda və dənizdə metal konstruksiyaların istehsalı sahəsində ixtisaslaşmış şirkətdir. **
N.Abbasova