2018-ci il mayın 1-nə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunda $53,5 mln.-a yaxın vəsait toplanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Mayın 1-nə fondun hesabında 90 mln. 425 min 728,04 manat (cari məzənnə ilə $53,2 mln.), $213 min 577,88, 11,036 min avro və 5 min rubl toplanıb“, - deyə məlumatda bildirilir.
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il tarixli fərmanı ilə yaradılıb.*
F.İsazadə