Ermənistan Milli Məclisində xüsusi iclas başlayıb. İclasda baş nazirin seçilməsi məsələsi müzakirə olunacaq.
Baş nazir postuna yeganə namizəd etiraz hərəkatının lideri, “Elk” müxalifət fraksiyasının rəhbəri Nikol Paşinyandır. Onun namizədliyi qanunverici orqanda 9 səsə malik olan “Elk” fraksiyası tərəfindən irəli sürülüb.
“Tsarukyan” müxalifət fraksiyası (31 səs) və “Daşnaksütyun” fraksiyası (7 səs) N.Paşinyana səs verəcəklərini bəyan ediblər.
Hakim Respublika Partiyasının fraksiyası 58 deputatla mütləq səs çoxluğuna malikdir. N.Paşinyanın baş nazir seçilməsi üçün hakim partiyanın fraksiyasından 6 səs və qalan fraksiyaları təmsil edən bütün deputatların səsvermədə iştirakı lazımdır.*