Azərbaycanın maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti 3-6 may tarixlərində Filippinin paytaxtı Manila şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 51-ci İllik Toplantısında iştirak edəcək. Bu barədə nazirlikdən məlumat verilir.
“İllik Toplantı çərçivəsində S.Şərifovun bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub”, - məlumatda deyilir.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. **
A.Əzizov