Ermənistanda etiraz hərəkatının lideri, “Elk” fraksiyasının rəhbəri, baş nazir postuna namizəd Nikol Paşinyan növbədənkənar parlament seçkilərinin keçirilməsinin vacibliyini qeyd edir.
“Müvəqqəti hökumət formalaşdıqdan sonra növbədənkənar parlament seçkiləri keçirmək lazımdır. Növbədənkənar seçkilərin mexanizmi mümkün qədər qısa müddətdə müəyyən edilməlidir. Bu seçkilər qaçılmazdır və xalqın qələbəsini təsdiq edən final mərhələ olacaq", - deyə o, parlamentin xüsusi iclasında bildirib.*