Ermənistanın hərbi xərcləri artırılmalı, Azərbaycanla hərbi balans bərpa olunmalıdır. Bunu Ermənistanda etiraz hərəkatının lideri, baş nazir postuna namizəd Nikol Paşinyan deyib.
"Ermənistanın hərbi xərcləri regional vəziyyətə uyğun olmalıdır. Hesab edirəm ki, hərbi xərcləri artırmaq lazımdır və əminəm ki, bunu dövlət büdcəsi gəlirlərinin əhəmiyyətli dərəcədə artırılması ilə paralel olaraq etmək mümkündür”, - deyə o, bu gün parlamentin xüsusi iclasında çıxışı zamanı bildirib.
"Azərbaycanla hərbi balansı bərpa etmək lazımdır”, - deyə N.Paşinyan vurğulayıb.*