Azərbaycan və Belarus hər iki ölkənin avtodaşıyıcılarının tələbatlarını nəzərə alaraq "İcazə"lərin mübadilə sayının artırılması barədə razılığa gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat veilir.
“Bu qərar Minsk şəhərində Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Belarus-Azərbaycan Qarışıq Komissiyasının iclasında qəbul olunub”, - nazirlikdən qeyd ediblər.
Həmçinin tərəflər beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişindaşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yollarını müzakirə ediblər.
İclasın sonunda müvafiq protokol imzalanıb. **
B.Rüstəmbəyov