17 may tarixində Bakıda Azərbaycan-Polşa İşgüzar Görüşü keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilir.
“Mayın 17-də Azərbaycan-Polşa İşgüzar Görüşü keçiriləcək. Görüşdə Polşa tərəfindən ASK və qida sənayesi sahələrində fəaliyyət göstərən 7 şirkətin nümayəndələri iştirak edəcəklər”, - Fonddan qeyd ediblər. **
N.Abbasova