Vergi ödəyiciləri artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması məqsədi ilə Vergilər Nazirliyinə elektron qaydada müraciət təqdim edə biləcəklər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Nazirlər Kabinetinin 3 aprel 2018-ci il tarixli 190 saylı qərarı ilə elektron xidmətlərin sayı artıb.
Qərara əsasən bundan sonra artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması məqsədi ilə müraciətin təqdim edilməsi elektron qaydada həyata keçiriləcək.*
A.Əzizov