Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu tərəfindən sahibkarlara verilən kreditlər üzrə hesablanmış faizlərə görə 2019–2021-ci illərdə subsidiyaların verilməsi üçün tələb olunacaq vəsaitin həcmini müəyyənləşdirməyi tapşırıb.
Çərşənbə axşamı İ.Əliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqındafərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti sahibkarlar tərəfindən banklardan manatla alınan kreditlər üzrə hesablanmış faizlərə görə 2019–2021-ci illərdə subsidiyaların verilməsi üçün tələb olunacaq vəsaitin həcmini Fond ilə birlikdə müəyyənləşdirib, müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərə alınmasını təmin etməlidir. Söhbət 2018-ci il yanvarın 1-dən dekabrın 31-dək sahibkarlar tərəfindən banklardan manatla alınan kreditlər üzrə hesablanmış faizlərə görə subsidiyalardan gedir.
Bundan əlavə, Nazirlər Kabineti Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (vergi öhdəliklərindən azad edilməsi, Fond tərəfindən təminat üzrə ödəniş edilməsi hallarında borcalanların və müvəkkil bankların vergi öhdəliklərindən azad edilməsi ilə bağlı qanun layihəsini bir ay müddətində hazırlamalıdır.
Maliyyə Bazarlarına Nəzarət Palatası üç ay müddətində Fondun vəzifələrinin icrası ilə bağlı müvəkkil bankların ipoteka kreditləşməsində, eləcə də kredit zəmanət sisteminin fəaliyyətində aktiv iştirakını təmin etmək üçün banklar üzrə xüsusi iqtisadi tənzimləmə (prudensial) normativlərini və tələblərini müəyyən etməlidir.
Fonda fəaliyyət istiqamətləri üzrə yarana biləcək mümkün maliyyə itkilərinin ödənilməsi üçün xüsusi ehtiyat fondların yaradılmasını təmin etmək tapşırılıb.
Bununla belə, İ.Əliyev dünən “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”nintəsdiq edilməsi barədəfərman imzalayıb və Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditləri üzrə təminat verilməsi Qaydasını təsdiq edib. **
A.Əzizov