“Azərsu” bu gün Bakı şəhərinin Xətai və Nizami rayonlarının bir hissəsinə içməli suyun verilməsinə məhdudiyyətlər qoyub. Bu barədə cəmiyyətin elanında deyilir.
“Bakı şəhəri Babək prospektində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin köçürülməsi ilə əlaqədar 02 may 2018-ci il tarixində gün ərzində Xətai və Nizami rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”, - deyə elanda qeyd olunur.*
N.Abbasova