Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Göygöl rayonunda maliyyələşdiriləcək prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
Xüsusilə, cinsdamazlıqheyvanların yetişdirilməsi üzrə kompleksin, süd, bal, bal məmulatlarının qablaşdırılması üzrə müəssisələrin, kartofçuluq, üzümçülük təsərrüfatlarının yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir. Bundan başqa, SKMF kənd turizmi və otel tikintisi üzrə layihələrə baxmağa hazırdır.
“Göygöl rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.**
B.Rüstəmbəyov