“PH Europe S.a r.l.” (Pizza Hut, Yum! Brands, Inc. qrupuna daxildir) Azərbaycan, Rusiya və Ermənistanda “Pizza Hut” biznesinin inkişafı üçün master-franşizanın “АмРест” şirkətinə verilməsinə dair saziş imzalayıb.
O cümlədən, “АмРест” saziş çərçivəsində Moskvada 16 “Pizza Hut” restoranı əldə edir.
“Tərəfdaşlar əmindirlər ki, saziş uzunmüddətli perspektivdə “Pizza Hut” restoranlar şəbəkəsinin Rusiya və MDB-də inkişafına və gələcəkdə mövqeyinin möhkəmlənməsinə imkan yaradacaq”, - şirkətin məlumatında deyilir.
Yeni sazişin şərtlərinə görə, “АмРест” Azərbaycan, Rusiya və Ermənistanda da təxminən 30 “Pizza Hut” restoranı üçün master-franşiza olacaq və həmin ölkələrdə bu yeni Pizza Hut” restoranlarının açılmasına lisenziya verəcək.
“Pizza Hut Europe” bölməsi regionda ciddi inkişaf və artıma yönəlib. Azərbaycan, Rusiya və Ermənistan bu strategiyada mühüm rol oynayır. Biz satış, inkişaf və qonaq təcrübəsi nöqteyi-nəzərindən “Pizza Hut”ı bir nömrəli brend kimi inşa etməyi ümid edirik”, - “Pizza Hut Europe”ın icraçı direktoru Reqina Borda bildirib. “АмРест” “Pizza Hut”ın Rusiya və MDB-də inkişafını sürətləndirmək imkanını gözləyir. Şirkətin ambisiyalı planları var, fəal tərəfdaşlar axtaracaq”, - “АмРест”in “Pizza Hut” bölməsinin prezidenti Monika Çij qeyd edib. **