iyunun 19-dA Trans-Anadolu qaz kəmərinin (TANAP) işə salınması mərasimi keçiriləcək. Bu barədə SOCAR-ın (ARDNŞ) İnvestisiyalar Departamentinin rəhbəri Vaqif Əliyev məlumat verib.
“Azərbaycan qazının TANAP qz kəməri ilə tədarükünə başlanması mərasimi iyunun əvvəlinə planlaşdırılmışdı. Lakin, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Ötən həfətə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan arasında keçirilən görüş zamanı iyunun 19-dA TANAP-ın işə salınması mərasiminin keçirilməsinə dair qərar qəbul olunub”, - Türkiyənin “Huriyyet” qəzetinin məlumatına görə, bunu V.Əliyev qeyd edib.
V.Əliyev xatırladıb ki, “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində TANAP ilə illik 16 mlrd. Azərbaycan qazı nəql olunacaq. Bunun 6 mlrd. kubmetri Türkiyə, 10 mlrd. kubmetri Avropaya nəql ediləcək.
“Gələcəkdə yalnız kompressor stansiyaları hesabına qaz kəmərinin gücünü illik 31 mlrd.-a çatdırmaq mümkün olacaq”, - V.Əliyev vurğulayıb. **
N.Abbasova