“Mercedes” komandasının pilotu LuisHamiltonAzərbaycan Qran-prisini karyerasında ən mürəkkəb yarış adlandırıb.
Aperelin 29-da “Formula 1”Azərbaycan Qran-prisini keçirilib. Britaniyalı pilot komanda tərəfdaşı Valtteri Bottası geridə qoyaraq yarışın qalibi olub.
“Çox güman ki, bu mənim xatirimdə olan ən çətin yarışdır. Bəli, bu belədir. İşi çətinləşdirən arası kəsilməyən külək əsirdi. Biz sanki yaş trasın üstündə hərəkət edirdik. Hava şəraiti o dərəcədə mürəkkəb idi. Yarış gərginlik səviyyəsinə görə yağışlı havada keçirilən yarışa bənzəyirdi”, - F1Today L.Hamiltonun sözlərindən sitat gətirir.
L.Hamilton Bakıda qazandığı qələbə hesabına ümumi hesabda lider mövqeyində qərarlaşıb. **
A.Əzizov