Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinə vergi və rüsum köçürmələri üzrə planı 36% yerinə yetirib. Bu barədə komitə sədri Səfər Mehdiyev məlumat verib.
“Bu ilin 4 ayı ərzində dövlət büdcəsinə 750 mln. manat məbləğində proqnoza qarşı 1 mlrd. 21 mln. manat məbləğində vəsait köçürmüşük. Beləliklə, dövlət büdcəsinə əlavə olaraq 270 mln. manat ödənilib”, - deyə o, jurnalistlərə bildirib.
Sədrin sözlərinə görə, idxal-ixrac əməliyyatlarının həcminin artması DGK-nın xətti ilə büdcəyə vergi daxilolmalarının artmasına imkan verəcək.
DGK tərəfindən 2018-ci il dövlət büdcəsinə vergi və rüsum köçürmələri üzrə plan 2 mlrd. 430 mln. manat məbləğində müəyyən edilib.*
B.Rüstəmbəyov