SOCAR şirkəti (ARDNŞ) Türkiyədə yeni neft-kimya kompleksinin tikinti layihəsini $3 mlrd.-dan artıq qiymətləndirir. Bu barədə SOCAR-ın (ARDNŞ) İnvestisiyalar Departamentinin rəhbəri Vaqif Əliyev bəyan edib.
“Biz Aliağa yarımadasında ikinci neft-kimya kompleksi üçün lisenziyanın əldə olunması prosesinə artıq start vermişik. BP və Axens ilə razılıqlar artıq var, digər şirkətlərlə danışıqlar davam edir. 2019-cu ildə $3 mlrd.-dan artıq dəyərində kompleksin tikintisinə dair strateji qərar qəbul olunacaq. Aliağa yarımadasının “strateji investisiya zonası” elan olunması faktı bu qərarın qəbulu prosesini sadələşdirəcək”, - Türkiyənin “Huriyyet” qəzetinin məlumatına görə, bunu V.Əliyev qeyd edib.
Onun sözlərinə görə, hazırda yeni kompleksinlayihəsiüzrə texniki-iqtisadi əsaslandırmasənədləri hazırlanır.
Həmçinin V.Əliyev məlumat verib ki, SOCAR-ın xarici sərmayələrinin 80%-i Türkiyənin payına düşür və xatırladıb ki, bu ölkənin iqtisadiyyatına şirkət tərəfindən yatırılan investisiyaların həcmi $12,6 mlrd. təşkil edib.
“Planlaşdırılan bütün layihələr başa çatdıqdan sonra SOCAR-ın Türkiyəyə ümumi investisiyaları $19,5 mlrd.-a çatacaq. 2008-ci ildə Petkim neft-kimya kompleksinin özəlləşdirilməsindən sonra hər il bu müəssisənin inkişafına $100 mln. yatırılıb. Ötən 10 il ərzində Türkiyədə fəaliyyətdən əldə olunan bütün gəlirlər təkrar bu ölkənin iqtisadiyyatına yatırılır”, - V.Əliyev bəyan edib.
O həmçinin bildirib ki, illik gücü 10 mln. ton olan “STAR” NEZ-in Türkiyədə tikinti işləri 99%-i tamamlanıb. Cari ilin avqust ayında müəssisə tərəfindən məhsulların sınaq buraxılışı, payızda - tam istifadəyə verilməsi planlaşdırılır.
Bundan əlavə, V.Əliyev vurğulayıb ki, dünyada meydana gələn siyasi və iqtisadi vəziyyət son illər faiz dərəcələrinin artırılmasına görə kreditlərin bahalaşmasına gətirib ki. bu da SOCAR-ın planlarında öz əksini tapmaya bilməzdi. “Bununla əlaqədar SOCAR iri sərmayələr tələb edən yeni layihələrə cəlb olunmur, istehsalatla bağlı reallaşdırılan layihələri davam etdirir”, - o məlumat verib.
V.Əliyev o cümlədən bildirib ki, ARDNŞ strateji alyans yaratmaq yolu ilə Türkiyədə təbii qazın pərakəndə satışı bazarına daxil olmağı planlaşdırır. **
N.Abbasova