2018-ci ilin yanvar-mart aylarında Azərbaycanda baş verən yanğınlar nəticəsində 43 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
"Bu, 2017-ci ilin analoji dövrü ilə müqayisədə 79% çoxdur”, - məlumatda bildirilir.
Qeyd olunan dövrdə baş vermiş yanğın hadisələri zamanı 33 nəfər xəsarət alıb (azalma 52%).
Çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə baş verən yanğın hadisələri zamanı 17 nəfər həlak olub, 21 nəfər xəsarət alıb.
Hesabat rübündə baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 1,429 min çıxış (azalma 54,2%) edilib. Bunun 452 çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə, 413 mini açıq sahələrdə, 2-si meşə və meşə talalarında, 68-i nəqliyyat vasitələrində, 494-u digər yerlərdə baş verən yanğınlarla əlaqədar olub.**
B.Rüstəmbəyov