2018-ci ilin yanvar-mart aylarında Azərbaycanda baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 46 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bu dövrdə respublika ərazisində 1,488 min təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 34% azdır.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 46 nəfər həlak olub, 48 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 26 nəfər xilas edilib, 343 nəfər təxliyə olunub.
Hesabat dövründə respublika ərazisində 21 partlayış hadisəsi baş verib. Bu isə ötən ilin yanvar-mart ayları ilə müqayisədə 32% azdır. Partlayışlar zamanı 3 nəfər həlak olub, 17 nəfər xəsarət alıb.*
B.Rüstəmbəyov