2018-ci ildə Beynəlxalq Valyuta Fondu Azərbaycanda qeyri-neft ÜDM-in artımını 4%, 2019-cu ildə 3,2% səviyyəsində proqnozlaşdırır.
Bu məlumatlar Fondun Orat Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistana dair yenilənmiş regional icmalında gətirilir.
BVF-nin qiymətləndirmələrinə görə, 2018-ci ildə Azərbaycanda neft sektorunda azalma 12,% təşkil edəcək, 2019-cu ildə artım 5% olacaq.
Fondun proqnozlarına əsasən, 2018-ci ildə Azərbaycanda ÜDM-in nominal həcmi $45,5 mlrd., 2019-cu ildə - $47,9 mlrd. təşkil edəcək.
Öncə Fonddan bəyan ediblər ki, 2018-ci ildə Azərbaycanda ÜDM-in artımı 2%, 2019-cu ildə 3,9% təşkil edəcək.
BVF-nin qiymətləndirmələrinə əsasən, bu il Azərbaycanda neft hasilatının sutkalıq həcmi 0,79 mln. barel, 2019-cu ildə - sutkalıq 0,78 mln. barel təşkil edəcək.
Azərbaycan hökuməti 2018-ci ildə ÜDM-in 1,5%, həmçinin qeyri-neft sektorunda 2,9% səviyyəsində artımını, neft sektorunda 1% azalma proqnozlaşdırır. 2019-cu ilodə ÜDM-in artımı 4%, həmçinin qeyri-neft sektorunda 2,6%, neft sektorunda 6,8% səviyyəsində proqnozlaşdırılır. **
A.Əzizov