Formula 1 rəhbərliyi F-1 dünya çempionatı mərhələsinin Mayamidə keçirilməsi mümkünlüyünü nəzərdən keçirir. Bu barədə Autosport.com xəbər verir.
F-1 rəhbərliyi və yarışın Bakıdakı promouterləri arasında saziş 2020-ci ilədək qüvvədədir.
Mayami Qran-Prisinin küçə mərhələsi 2019-cu ildə F-1 təqviminə daxil edilə bilər və Mayami Şəhər Şurası bu ideyanı dəstəkləyib. Lakin sakinlər bu təşəbbüsə qarşıdırlar. Çünki yarışma zamanı yaranan səs-küy, eləcə də bitki örtüyünün zədələnməsi onları narahat edir.
Hazırda F-1 təqviminə ABŞ mərhələsi də daxildir. 2012-ci ildən etibarən yarışlar Texas ştatının Ostin şəhərində keçirilir.
Azərbaycan Qran-Prisinin promouterləri FOM ilə yarışların keçirilməsi haqqında müqaviləni 2025-ci ilədək uzadıb-uzatmayacaqlarına iyun ayınadək qərar verməlidirlər.
Baku City Circuit-in icraçı direktoru Arif Rəhimov bildirib ki, yarışın təşkilatçıları onun keçirilmə hüququna görə ödənilən məbləğin azaldılmasına çalışırlar. Çünki Azərbaycan digər promouterlərlə müqayisədə iki dəfə çox vəsait ödəyir.*
A.Əzizov