“Azərsu” ASC bu gün Bakının 5 mikrorayonuna içməli suyun verilməsinə məhdudiyyətlər qoyub. Bu barədə cəmiyyətin elanında deyilir.
“Bakı şəhəri Mir Cəlal və Hüseyn Seyidzadə küçələrində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar 03 may 2018-ci il tarixində gün ərzində 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq”, - deyə elanda bildirilir.*
N.Abbasova