İyunun 5-də Bakıda Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes-forumu baş tutacaq.Bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasından məlumat verilir.
Forumun təşkilatçıları qismində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) çıxış edir.
Forumda Avropa İttifaqı və Azərbaycan şirkət nümayəndələri və rəsmiləri ölkədə həyata keçirilən son iqtisadi islahatlar və bir sıra mühüm sənaye sahələrindəki inkişaf ilə bağlı müzakirələr aparacaq.
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) və nun (AZPROMO) birgə əməkdaşlığı ilə Azərbaycan və Avropa şirkətlərini və digər maraqlı tərəfləri qarşıdan gələn 5 iyun 2018-ci il tarixində keçiriləcək Aİ-Azərbaycan Biznes Forumunda iştirak etməyə dəvət edir. Forum “JW Marriott Absheron” Hotelində keçiriləcək.
Biznes-forum Azərbaycanın iqtisadi islahatları ilə bağlı yeni perspektivləri təqdim edəcək. “Kənd təsərrüfatı və qida, tikinti və maşınqayırma, nəqliyyat və logistika, İKT və elektron ticarət sahələri ilə bağlı panel müzakirələri təşkil olunacaq”, - Palatadan qeyd ediblər.
Tədbir çərçivəsində həmçinin Azərbaycan və Aİ şirkətləri yeni biznes əlaqələri yaratmaq məqsədilə ikitərəfli görüşlər təşkil olunacaq. **
N.Abbasova