Sahibkarlığa Kömək Milli Fondu cümə günü Quba-Xaçmaz iqtisadi zonasında 23 sahibkara 1,1 mln. manat məbləğində güzəştli kredit ayırıb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilir.
Kreditlər mebel, un məmulatlarının istehsalı üzrə müəssisələrin yaradılması, heyvandarlıq, bağçılığln inkişafı, logistik mərkəzin tikintisinə yönəldiləcək.
Bu layihələrin reallaşdırılması 120-dən artıq yeni iş yerinin yaradılmasına imkan verir.
Ümumilikdə, indiyədək Quba-Xaçmaz iqtisadi zonasında sahibkarlara 2,58 min investisiya layihəsinin reallaşdırılmasına SKMF xətti ilə 190,3 mln. manat məbləğində güzəştli kredit ayrılıb.**
B.Rüstəmbəyov