“SOCAR PETROLEUM” QSC (SOCAR-ın törəməsi) 2018-ci ilin sonuna kimi Azərbaycanda “SOCAR” brendi ilə üç yanacaqdoldurma məntəqəsi açmağı və onların ümumi sayını 29-a çatdırmağı planlaşdırır. Bu barədə Facebook sosial şəbəkəsində SOCAR Petroleum-un vudeomaterialında qeyd olunur.
“Cari ilin sonuna qədər SOCAR Petroleum Azərbaycanda “SOCAR” brendi ilə YDM-nin sayını 29-a çatdırmağı planlaşdırır. Stansiyaların hamısı Bakıda açılacaq. Paytaxtın Pirallahı rayonunda onlardan birinin tikintisi artıq başa çatıb və yaxın zamanda YDM istifadəyə veriləcək”, - şirkətdən bildiriblər.
Daha bir YDM Bakının Yasamal rayonunda “Maşın bazarı” adlanan ərazidə açılacaq. Həmin stansiyanın tikintisi də son mərhələdədir.
“Bundan əlavə, paytaxtın Binəqədi rayonunda Bakı-Novxanı avtomobil yolununun yaxınlığında “SOCAR” brendi ilə daha bir YDM-nin tikintisinə başlanılıb”, - məlumatda deyilir. **
N.Abbasova