GUAM-a(Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat) üzv olan ölkələrin Rusiya ilə münasibətlərində problemlər mövcuddur, lakin təşkilatın özü anti-Rusiya bəyanatları ilə çıxış etməyib. Bunu təşkilatın baş katibi Altay Əfəndiyev deyib.
“Bu cür qüvvələr əlbəttə ki, var. GUAM heç də Rusiyada hər kəs tərəfindən qəbul olunmur. Orada bizi Rusiyaya qarşı təşəbbüs hesab edirlər”, - A.Əfəndiyev Ukraynanın «Главком» informasiya agentliyinə müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, təşkilatda bu rəyi aradan qaldırmağa çalışırlar. GUAM-aüzv olan ölkələrin Rusiya ilə münasibətlərində problemlər mövcuddur, lakin təşkilatın özü anti-Rusiya bəyanatları ilə çıxış etməyib”, - A.Əfəndiyev vurğulayıb.
O bildirib ki, təşkilatın üzvləri “bir-birinin ərazi bütövlüyünü şərtsiz dəstəkləyirlər”. “Biz ölkələrimiz üçün ağrılı məsələlərə dair razılaşdırılmış mövqeyin irəli sürülməsi üzrə əldə etdiyimiz təcrübədən istifadə etməyə çalışırıq. Əfsuslar olsun ki, bəzi Avropa ölkələri GUAM-ın mövqeyini “Amerika yönümlü-destruktiv” kimi qələmə verirlər. Biz bu halda inamsızlığı aradan qaldırmağa çalışırıq”, - A.Əfəndiyev qeyd edib.
O vurğulayıb ki, GUAM-ın ümumi informasiya siyasətinin hazırlanmasına ehtiyac var. “Ötən il Tbilisidə GUAM-a üzv olan ölkələrin XİN başçılarının görüşü zamanı məhz kommunikasiyaların strategiyasını formalaşdırmaq vəzifəsi müəyyən olundu, indi bu məsələyə dair ekspertlərin görüşünü hazırlayırıq. Görünür, informasiya siyasəti nəinki razılaşdırılmış, həm də daha operativ olmalıdır, onu çox vaxt qabaqlamaq lazımdır”, - baş katib əlavə edib. **
F.İsazadə