Azərbaycan prezidenti İlham Əliyev “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqındasərəncam imzalayıb.
Sərəncamın mətni cümə axşamı dövlət başçısının sauyında dərc olunub.
Sənəddə qeyd olunduğu kimi, Dövlət Proqramı ölkədə şərabçılığın inkişafına, bu sahənin gəlirliliyinin və ixrac potensialının artırılmasına yönəlib.
Dövlət Proqramının icrasından gözlənilən nəticələrdən biri şərab ixracını 2026-cı ilədək 5 dəfə artırmaqdır.
Azərbaycanda şərab və şərabçılıq məhsullarının istehsalı 2017-ci ildə 1 mln. dekalitr təşkil edib ki, onun da 375 min dekalitri ixrac edilib.
Beləliklə, 2025-ci ilin sonuna şərabçılıq məhsullarının ixracı 1,875 mln. dekalitr təşkil etməlidir.
2017-ci ildə Azərbaycandan ixrac edilmiş 1 ton şərabın orta qiyməti 1,2 min ABŞ dolları təşkiledib.
Ötın il şərab məhsulları, əsasən, Rusiyaya (338 min dekalitr) və Çinə (27 min dekalitr) göndərilib.
Dövlət Proqramında qeyd olunur ki, hazırda Azərbaycanda maliyyə resurslarının çatışmazlığı və şərab istehsalçılarının zəruri maliyyə mənbələrinə çıxışının lazımi səviyyədə olmaması da şərab istehsalı müəssisələrinin potensialının maksimum səviyyədə reallaşdırılmasına imkan vermir. Ölkədə istehsal edilən şərab növlərinin sayı kifayət qədər çox olsa da, onların brendləşdirilməsi istiqamətində görülən işlər lazımi səviyyədə deyil. **
N.Abbasova