Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçiddə avtomobil aksiz postunun yaradılması Azərbaycanın şərab məhsullarının RF-yə ixracının artmasına imkan verəcək. Bu barədə 2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramında qeyd olunur.
Prezident İlham Əliyev mayın 3-də Dövlət Proqramını təsdiq edib.
“Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçiddə avtomobil aksiz postunun olmaması, eləcə də şərab və şərabçılıq məhsullarını daşıyan xüsusi vaqon (sistern) parkının, həmçinin yerli şərab şüşələrinin və markalarının, şərabçılıq üzrə milli normativ texniki sənədlərin (DÖST, AZS milli standartları) müasir tələblərə tam şəkildə cavab verməməsi kimi problemlər şərab məhsullarının ölkədən ixracını məhdudlaşdırır”, - deyə sənəddə bildirilir.*
N.Abbasova