“LUKOIL-Azerbaijan” QSC yanacaqdoldurma stansiyası şəbəkəsini genişləndirməyi planlaşdırır. Bu barədə şirkətin Facebook sosial şəbəkəsində məlumat verilir.
“YDM şəbəkəsinin genişləndirilməsi çərçivəsində yaxın zamanda QSC Azərbaycanın şimal bölgəsində yeni yanacaqdoldurma stansiyası açacaq. Xaçmaz-Xudat trasında YDM-nin açılışı olacaq”, - məlumatda qeyd olunur.
Bundan əlavə, şirkət müştərilərdən şikayət və təkliflər üçün “qaynar xətt” təşkil edib. Arzu edənlər (+99412) 497-41-99 nömrəsi ilə əlaqə saxlaya bilər.
“LUKOIL-Azerbaijan” QSC 1993-cü ildə təsis olunub.
Hazırda “LUKOIL-Azerbaijan” QSC şəbəkəsinə 30-dan artıq YDM daxildir. Bundan əlavə, françayzinq şərtlərinə əsasən şirkət daha 17 YDM-nin istifadəsini həyata keçirir. **
N.Abbasova