2017-ci ildə Azərbaycanda mənzillərin icarə qiymətlərində bahalaşma müşahidə olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
"2017-ci ildə Bakıda, eləcə də bölgələrdə mənzillərin icarə qiymətlərində bahalaşma müşahidə olunub. Bu, bölgələrə də fəal şəkildə səfər edən turistlərin sayının artması ilə əlaqədardır. Bu səbəbdən bölgələrdə fərdi evlərin icarəsinə tələbin artması müşahidə olunur”, - deyə məlumatda bildirilir.
Bakıda, əsasən bir və ikiotaqlı mənzillərin icarəsinə tələb yüksək olaraq qalır.
"Hazırda təkrar mənzil bazarında ikiotaqlı mənzillərin icarə iqyməti 350-450 manat civarındadır. İlkin mənzil bazarında isə qiymətlər daha yüksəkdir və 450-550 manat təşkil edir", - deyə məlumatda qeyd olunur.*
A.Əzizov