Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasında iştirak edəcək.
“E.Məmmmədyarov mayın 5-6-da keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasında iştirak etmək məqsədi ilə Banqladeşin paytaxtı Dəkkəyə yola düşüb”, - XİN-dən məlumat verilib.
Sessiyada E.Məmmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub. **
F.İsazadə