“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filiallarında (emalatxanalar) 669 xalça toxunub. Bu barədə “Azərxalça”nın İdarə Heyətinin sədri Vidadi Muradov məlumat verib.
“Cəmiyyətin fəaliyyət göstərən filiallarında hazırda ümumilikdə 830 nəfər toxucu və inzibati-texniki işçi çalışır. İndiyədək “Azərxalça”nın filiallarında 2894 kvadratmetr 669 xalça toxunub”, - V.Muradov rəsmi mətbuatda məqaləsində qeyd edib.
O vurğulayıb ki, ilin sonuna qədər xalça fabriklərinin sayı 20-yə çatacaq. “2018-ci ildə Bakı və Naxçıvan şəhərlərində, Abşeron, Lənkəran, Biləsuvar, Kürdəmir, Qobustan, Tərtər, Goranboy və Şabran rayonlarında xalça istehsalı emalatxanalarının tikintisi başa çatdırılacaq”, - V.Muradov qeyd edib.
Azərbaycan prezidenti İlham Əliyevin 5 may 2016-cı il tarixli sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. **
B.Rüstəmbəyov