2017-ci ilin yekunları üzrə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin zərəri 566,253 min manat təşkil edib, bu da 2016-cı ilin göstəricisindən 5 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-dən məlumat verilir.
2017-ci il ərzində cəmiyyətin maliyyə hesabatına əsasən, hesabat dövründə “Azərxalça” toxunulan xalçalardan 62,293 min manat gəlir əldə edib (2016-cı ildə bu ür satışlar həyata keçirilməyib). Bununla belə, 2017-ci ildə istehsal olunan məhsulların maya dəyəri 107,5 min manat təşkil edib.
Ötən il cəmiyyətin aktivləri 3 dəfə - 44 mln. 564,835 min manatadək, öhdəlikləri 4,1 dəfə - 106,696 min manatadək artıb.
2017-ci ildə cəmiyyətin kapitalı 3 dəfə - 44 mln. 458,139 min manatadək artıb. Kapitalın artımı 30 mln. 137,8 min manat məbləğində əlavə kapital qoyuluşları ilə əlaqədardır. Hesabat ilində cəmiyyətin nizamnamə kapitalı dəyişməyib - 15 mln. manat təşkil edir.
Azərbaycan prezidenti İlham Əliyevin 5 may 2016-cı il tarixli sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Hazırda respublikada cəmiyyətin 10 filialı (emalatxana) fəaliyyət göstərir. 2019-cu ilə qədər filiallrın sayı 20-ə, 2020-ci ilə qədər - 30-a çatacaq. **
A.Əzizov