2018-ci ilin I rübündə Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 12 mln. 765,2 min ton təşkil edib ki, bu da 2017-cı ilin analoji dövrünün göstəricisindən 3,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
TRACECA çərçivəsində yüklərin 2 mln. 939,2 min tonu və ya 23%-i dəmir yolu nəqliyyatı, 7 mln. 951,2 min tonu və ya 62,3%-i avtomobil nəqliyyatı, 1 mln. 874,8 min tonu və ya 14,7%-i dəniz nəqliyyatının payına düşüb.
Hesabat dövründə TRACECA çərçivəsində yükdaşımaların ümumi həcmində 2 mln. 586 min ton və ya 20,3% tranzit yüklərin payına düşüb. 2017-ci ilin yanvar-mart ayları ilə müqaysədə azalma 5,1% təşkil edib.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.*
N.Abbasova