Moskvada hesab edirlər ki, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların bərpası üçün Ermənistanda siyasi vəziyyətin stabilləşməsini gözləmək lazımdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bəyan edib.
“İndi Ermənistanda mürəkkəb siyasi dövr yaşanır. Düşünürəm ki, hər halda siyasi sahədə vəziyyətin stabilləşməsini gözləmək lazımdır. Nə vaxt ki, xalq, siyasi qüvvələr, siyasi hərəkatlar - biz çox ümid edirik ki, hüquqi Konstitusiya məcrasında rəhbər orqanlarının tərkibini müəyyən edəcək. Rəyimə əsasın, bundan sonra xarici siyasət kursunun problemlərindən biri olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının həyata keçirilməsi üçün bütün imkanlar əldə olunacaq”, - M.Zaxarova cümə axşamı brifinqdə bildirib. **