Yanvar-aprel aylarında SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən 26 yaşayış məntəqəsi qazlaşdırılıb. Bu barədə SOCAR-dan məlumat verilib.
“İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün birlik tərəfindən 2018-ci ilin yanvar-aprel ayları ərzində 775,4 kilometr yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 78,7 kilometr qaz kəməri əsaslı təmir edilib. Cari il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Bərdə, Şəki, Göyçay, Ucar, Xaçmaz, Beyləqan, Sabirabad, Lerik, Salyan, Cəlilabad və Masallı rayonları üzrə 26 yaşayış məntəqəsi təbii qazla təmin olunub”, – deyə məlumatda bildirilir.
Qazlaşdırma işləri “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilib.
2017-ci ildə “Azəriqaz” 56 yaşayış məntəqəsinə təbii qaz verib.*
N.Abbasova