31 mart 2018-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 27 mlrd. 907,4 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Xəbər verildiyi kimi, 1 yanvar 2018-ci il tarixinə bankların aktivləri 27 mlrd. 921 mln. manat məbləğində olub. Beləliklə, 2018-ci ilin I rübündə bankların aktivləri 0,05% azalıb.
Martın 31-nə bankların kredit portfeli 11 mlrd. 249,6 mln. manat (bu ilin yanvar-mart aylarında azalma 0,8%) təşkil edir.
Qeyd olunan tarixə Azərbaycanda bankların ümumi kapitallaşması 3 mlrd. 870,1 mln. manat (artım 4,3% - İF) təşkil edir.
2018-ci il aprelin əvvəlinə bankların öhdəlikləri 24 mlrd. 37,3 mln. manata (azalma 0,7%), Mərkəzi Bank qarşısında öhdəlikləri 499 mln. manata (azalma 1,7%) bərabərdir.
31 mart 2018-ci il tarixinə respublikada 30 bank fəaliyyət üçün lisenziyaya malikdir. Bu bankların 15-i xarici kapitallıdır.
Mart ayının sonuna bankların 511 filialı və 143 şöbəsi var.
Azərbaycanın bank sektorunda 16,389 min nəfər (artım 1,3%) çalışır.*
A.Əzizov