Prezident İlham Əliyev Xaçmaz rayonunun turizm potensialının inkişaf etdirilməsini vacib hesab edir.
“Xaçmaz rayonunun turizm potensialı çox böyükdür və zəngindir. Buraya həm ölkəmizin müxtəlif yerlərindən, həm də xarici ölkələrdən gələn turistlərin sayı artır, bir çox istirahət mərkəzləri vardır. Onların sayı da artmalıdır ki, Xaçmaz rayonunun inkişafı daha da sürətlə getsin”, - deyə dövlət başçısı mayın 4-də Xaçmaz rayonuna səfəri zamanı bildirib.
Prezident İ.Əliyev qeyd edib ki, Xaçmazda digər infrastruktur layihələri icra edilir, qazlaşdırma artıq 80 faizdən çoxdur. “Xaçmaz rayonunda qazlaşdırma 100 faizə çatmalıdır”, - deyə o əlavə edib.*
B.Rüstəmbəyov