Prezident İlham Əliyev Xaçmaz rayonunda abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi üçün dövlət büdcəsindən 3 mln. manat vəsaitin ayrılması haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə ayrılıb.
Bundan başqa, prezident Xızı şəhərində 1 nömrəli tam orta məktəbin yeni binasının tikintisi üçün Təhsil Nazirliyinə 3,8 mln. manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Xızı Rayon İcra Hakimiyyətinə 1 mln. manat vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.*
F.İsazadə