2018-ci ilin birinci rübündə əhalinin bank əmanətləri 1,3% - 7 mlrd. 657,2 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Cari ilin yanvar-mart aylarında əhalinin xarici valyutada əmanətləri 2,4% - 4 mlrd. 906,1 mln. manatadək və ya bütün əmanətlərin 64,1%-i azalıb (2017-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 66,5% təşkil edib).
2018-ci ilin yanvar-mart aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 8,6% - 2 mlrd. 751,1 mln. manatadək artıb (bütün əmanətlərin 35,9%-i).
31 mart 2018-ci il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 6 mlrd. 906,3 mln. manat, qeyri-rezidentlərin - 750,9 mln. manat təşkil edir. Yanvar-mart ayları ərzində rezidentlərin əmanətlərinin həcmi 1,3%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 0,8% artıb.
Ümumilikdə, 2018-ci il aprelin 1-nə banklarda əmanət və depozitlərin həcmi 20 mlrd. 328,7 mln. manat təşkil edir ki, bu da 2017-ci ilin sonuna olan göstəricidən 1,3% azdır.**
A.Əzizov