2018-ci ilin I rübündə Azərbaycanda bankların və bank olmayan kredit təşkilatların (BOKT) kredit portfeli 2018-ci il martın 31-nə 0,8% - 11 mlrd. 663,5 mln. manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Aprelin əvvəlinə vaxtı ötmüş kreditlərin həcmi 1 mlrd. 710,2 mln. manta (yanvar-mart ayları ərzində artım 5,1%) və ya bütün kreditlərin 14,7%-i təşkil edir.
Martın 31-nə dövlət payı ilə banklar tərəfindən 1 mlrd. 798,8 mln. manat (azalma 6,1%) və ya bütün keditlərin 15,4%-i, özəl banklar tərəfindən 9 mlrd. 450,7 mln. manta (artım 0,3%) və ya bütün kreditlərin 81%-i verilib. Qalan məbləğ BOKT-ların payına düşür.
2018-ci il aprelin əvvəlinə verilən kredtlərin ümumi həcmindən 7 mlrd. 58,4 mln. manat milli valyutada ktreditlərin (artım 1,5%), 4 mlrd. 605,1 mln. manat xarici valyutada kreditlərin (azalma 4,2%) payına düşür. Bununla belə, mart ayının yekunları üzrə xarici valyutada kreditlərin xüsusi çəkisi 39,5% təşkil edir (2017-ci ilin sonuna - 40,8%).
Cari ilin mart ayının 31-nə olan vəziyyətə görə, bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 3,5 mln. manat (bütün kreditlərin 17,2%-i) ticarət və xidmət sahəsinin, 311,7 mln. manat (2,7%) energetika, kimya və təbii sərvətlər sektorunun, 451,2 mln. manat (3,9%) kənd təsərrüfatı və emal sahəsinin, 529,4 mln. manat (4,5%) daşınmaz əmlak sahəsinin, 654,1 mln. manat (5,6%) sənaye və istehsalat sektorunun, 992,9 mln. manat (8,5%) nəqliyyat və rabitə sahəsinin, 4 mlrd. 635,1 mln. manat (39,7%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Bununla belə, mart ayında ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə bankların portfeli 0,6% azalıb. 2018-ci ilin mart ayında cari ilin fevral ayı ilə müqayisədə istehlak kreditləşməsi üzrə bankların portfeli 1,3% artıb. **
A.Əzizov