1 aprel 2018-ci il tarixinə Azərbaycanda banklar tərəfindən 2,455 min ədəd bankomat quraşdırılıb ki, bu da 2017-ci ilin sonuna olan göstəricidən 0,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Aprelin 1-nə Bakıda 1,32 min (artım 0,9%), bölgələrdə 1,135 min ədəd bankomat (artım 1%) quraşdırılıb.
2018-ci ilin yanvar-mart aylarında respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında azalma tendensiyası qalıb. Xüsusilə 1 aprel 2018-ci il tarixinə onların sayı 65,142 min ədəd (I rübdə azalma 0,5%) təşkil edib.
Bununla yanaşı, Bakıda 36,768 min ədəd (azalma 0,8%), regionlarda 28,374 min ədəd (azalma 0,1%) pos-terminal mövcuddur.
Pərakəndə ticarət obyektlərində 63,863 min ədəd pos-terminal və ya bütün pos-terminalların 98%-i quraşdırılıb.*
A.Əzizov