2017-ci ildə Azərbaycan kütləvi zorakılıq və etnik təmizləmənin nəticəsindən əziyyət çəkən Rohinqya müsəlmanlarına 100 ton humanitar yardım göndərib. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib
“2017-ci ildə Azərbaycan kütləvi zorakılıq və etnik təmizləmənin nəticəsindən əziyyət çəkən Rohinqya müsəlmanlarına 100 ton humanitar yardım ayırmış ilk ölkələrdən biridir və biz ehtiyacı olanlara yardım göstərməkdə davam edəcəyik”, - E.Məmmədyarov Banqladeşdə İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri şurasının 45-ci sessiyasında çıxışında bildirib.
Nazir qeyd edib ki, Azərbaycan bir sıra İƏT üzv dövlətlərində daha böyük təhlükəsizlik problemlərinə, bəzi regionlarda siyasi qeyri-sabitliyə, geniş miqyaslı deportasiya və misli görünməmiş humanitar böhrana səbəb olan müharibələr və silahlı münaqişələrdən dərin narahatlıq keçirir.
Onun sözlərinə görə, rəsmi Bakı Fələstin, Cəmmu və Kəşmir və Avropada müsəlman azlıqları üzrə İƏT Kontakt qrupları olmaqla, digər İƏT üzv ölkələri ilə birlikdə üzv olduğu Kontakt qruplarının fəaliyyətini intensivləşdirmək üçün səylərini davam etdirəcək. **
F.İsazadə