«Sumqayıt Superfosfat» ASC və «Muğansutikinti» ASC-nin inkişafına investisiya qoyuluşları 65 mln. manat məbləğində planlaşdırılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) məlumat verilib.
2018-ci ilin I rübündə hər iki müəssisə investisiya müsabiqələri yolu ilə özəlləşdirilib.
ƏMDK müəssisələrin yeni sahibləri barədə açıqlama vermir.
«Muğansutikinti» SC Sabirabad rayonunda yerləşir. Hazırda müəssisədə 169 nəfər çalışır. 1 yanvar 2018-ci il tarixinə cəmiyyətin nizamnamə kapitalı 597,23 min manat təşkil edir.
“Sumqayıt Superfosfat” SC Sumqayıt şəhərində yerləşir və 1956-cı ildə işə salınıb. Müəssisə xlorid turşusu, akkumulyator turşusu, superfosfat gübrəsi və digər kimyəvi maddələrin istehsalı və satışı ilə məşğuldur. SC-də 251 nəfər çalışır.*
B.Rüstəmbəyov