SOCAR-ın “Azneft” İstehsalat Birliyi 2018-ci ildə 6,3 mln. ton neft-kondensat, 5,6 mlrd. kubmetr həcmində qaz hasil edilməsini proqnozlaşdırır. Bunu İB-nin baş direktoru Daşqın İskəndərovdeyib.
“Bu ilin ilk rübündə “Azneft” İB üzrə1,5 mln. tonneft, 1,4 mlrd. kubmetrqaz hasiledilib. Qaz hasilatındakı artım əsasən N.Nərimanov adına NQÇİ-dəki artımın sayəsində olub”, - D.İskəndərov“Caspian Barrel” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ümumiyyətlə, qaz hasilatının idarələr üzrə bölgüsünə nəzər yetirdikdə hasilatın 98,7%-i dəniz yataqlarının (“28 May” NQÇİ – 79%, N.Nərimanov adına NQÇİ – 17,4%, “Neft Daşları” NQÇİ – 1,6% və “Abşeronneft” NQÇİ isə 0,7%), 1,3%-i isə quru yataqlarının payına düşür.
“Ümumi qaz hasilatının 74,4%-i təbii qazın, 25,6%-i isə səmt qazının payına düşür”, - D.İskəndərov vurğulayıb.
O həmçinin məlumat verib kii, hasilatın əsas hissəsi – 60%-dən çoxu“Günəşli”yatağının hesabına realizə olunur. Yatağın işlənməsinin üçüncü mərhələsində olmasına baxmayaraq, operativ tədbirlərlə hasilatın düşməsinin qarşısını aldıq. Nəticədə ilin əvvəli ilə müqayisədəgündəlik hasilatda 5%-ə qədər artıma nail olduq. Digər böyük yataqlar üçün də oxşargöstəriciləri qeyd etmək mümkündür. “Neft Daşları”,“Darvin bankası”, “Qərbi Abşeron” və s. yataqlarda hasilatda nəzərə çarpacaq artım əldə olunub.
Birinci rübün yekunlarına görə mövcud vəziyyətin təhlili və görüləcək işlərdən gözlənilən nəticələr ilin sonuna qədər hasilat artımının daha da çox olacağını göstərir. Belə ki, mövcud yataqların işlənmə göstəricilərinə görə, 2018-ci ildə 6,3 mln. ton neft-kondensat, 5,6 mlrd. kubmetr həcmində qaz hasil edilməsi proqnozlaşdırılır. Bu isə, 2017 ci ilin göstəricilərindən neft-kondensat üzrə 2,7%, qaz üzrə isə 3,5% artım deməkdir.
D.İskəndərovun sözlərinə görə, cari ilin yanvar-mart aylarında İB-nin sifarişi əsasında 15 quyu qazılaraq istismara verilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33% çoxdur. Ötən üç ayda fəaliyyətsiz quyu fondundan 29 quyu istismara qaytarılıb, 179 geoloji tədbir keçirilib. **
N.Abbasova